Putin İrandakı zənginləşdirilmiş uranı saxlamaq təklifini təkrarlamağa hazır olduğunu deyib

9 May 2026 23:30 (UTC+04:00)

“İranın nüvə sahəsində Rusiyaya etibar etməsi əsassız deyil”.

Aznews.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O, Rusiyanın İrandakı zənginləşdirilmiş uranı saxlamaq təklifini təkrarlamağa hazır olduğunu söyləyib.

Putin vurğulayıb ki, Rusiyanın təklifi ilə əvvəlcə hamının razılaşıb, lakin sonra ABŞ mövqeyini sərtləşdirib.

"Təkliflərimiz masadadır və düşünürəm ki, onlar yaxşıdır. İran materialları dost ölkəyə daşıdığına əmin ola bilər. Bu, BAEA-nın nəzarəti altına verilə bilərdi. İş şəffaf və təhlükəsiz olardı", - Rusiya prezidenti bildirib.

Putin İran və ABŞ arasında qarşıdurmanın davam etməsində maraqlı tərəflərin olmadığını bildirib.

"Bu, çox çətin və mürəkkəb bir münaqişədir və bizi çətin vəziyyətə salır. Ümid edirik ki, buna mümkün qədər tez son qoyulacaq. Vəziyyət gərginləşərsə, hamı uduzacaq", - deyə Putin qeyd edib.