Ağdamda ağır qəza: 4 nəfər ölüb

10 May 2026 10:30 (UTC+04:00)

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzada 4 nəfərin öldüyü bildirilir. Bir nəfər isə xəsarət alıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma davam etdirilir.

Aznews.az