Yevlaxda mikroavtobus aşıb, 20-yə yaxın şəxs xəsarət alıb

10 May 2026 10:35 (UTC+04:00)

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az