Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur.
Aznews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, biz hazırda bu prosesin içindəyik və sistemin daha da rasionallaşdırılması ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər davam edir: “Azsaylı məktəblərə müəllim göndərilməsi ilə bağlı müəyyən çətinliklər var. Hazırda bu istiqamətdə iş aparılır və artıq müsbət nəticələr müşahidə olunur.”