Bakıda vəhşicəsinə döyülən uşaq tapıldı

23 Sentyabr 2013 16:23 (UTC+04:00)
Milli.Az-ın əldə etdiyi məlumata görə, atası tərəfindən vəhşicəsinə döyüldüyü iddia olunan uşaq Mingəçevir şəhər Polis İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tapılıb.

İdarədən verilən açıqlamada bildirilir ki, uşaq şəhər ərazisindəki yataqxanalardan birində məskunlaşmış nənəsi ilə yaşayır.
Uşağın atası Mayıl və anası Turanədən alınaraq nənəsinin himayəsinə verilməsi, bunun rəsmiləşdirilməsi məsələsinə baxılır.

Xatırladaq ki, Turanə ilə Mayılın evliliyindən 1 oğlan, 3 qız olmaqla 4 övladları olub. Onlar ayrılandan sonra Turanə uşaqlarını atasından alıb. Bir neçə ay əvvəl həmin ər-arvad ölkə telekanallarından birində yayımlanan verilişdə qonaq olublar. Turanə verilişdə oğlundan imtina edərək atasına verilməsinə razı olub. Hazırda həmin ailənin harada olmasını araşdırırıq.

AzNews.az