Avropa İttifaqı iyunun sonuna qədər Ukrayna ilə üzvlük üzrə birbaşa danışıqlara başlaya bilər.
Bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.
O, Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısından əvvəl jurnalistlərə açıqlamasında deyib:
“Bu gün nazirləri tələsdirəcəyəm, çünki biz Kiprin Aİ Şurasına sədrliyinin başa çatmasına qədər — yəni iyunun sonunadək — ilk klaster üzrə danışıqlara başlaya bilərik. Qalan beş klaster isə iyulda açıla bilər.”
Marta Kos vurğulayıb ki, söhbət yalnız üzvlük danışıqlarından deyil, həm də Ukrayna ərazisindən aparılmış uşaqların geri qaytarılması məsələsindən gedir.
Mövsüm,
AzNews.az