Çin ABŞ Prezidenti Donald Trampın gözlənilən səfəri zamanı Vaşinqtonla fikir ayrılıqlarını aradan qaldırmaq və əməkdaşlığı genişləndirmək üçün birgə işləməyə hazır olduğunu bəyan edib.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun brifinq zamanı bildirib.
Diplomatın sözlərinə görə, yüksək səviyyəli təmaslar Pekin və Vaşinqton arasındakı münasibətlərin inkişafında əsas rol oynayır.
“Yüksək səviyyəli diplomatiya Çin-ABŞ münasibətlərinin inkişaf istiqamətini müəyyən edən əvəzolunmaz strateji rol oynayır”, — deyə Qo Tsyakun vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tsyakun vurğulayıb ki, Pekin ABŞ ilə “bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri əsasında” əməkdaşlığa hazırdır.
“Çin ABŞ ilə birlikdə əməkdaşlığı genişləndirməyə və fikir ayrılıqlarını tənzimləməyə hazırdır ki, ziddiyyətlər və qeyri-sabitliklə dolu dünyaya daha çox sabitlik və müəyyənlik gətirilsin”, — deyə o bildirib.
Çin Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə ikitərəfli münasibətlər, eləcə də beynəlxalq və regional gündəliklə bağlı geniş fikir mübadiləsi aparacaq.
Mövsüm,
AzNews.az