Tramp Hörmüz boğazında “Azadlıq Layihəsi”nin yenidən bərpasını nəzərdən keçirir

11 May 2026 21:20 (UTC+04:00)

“Azadlıq Layihəsi” hərbi əməliyyatının yenidən bərpa olunması ehtimalını nəzərdən keçirirəm.

Aznews.az xəbər verir ki, Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

“Mən bunu yenidən başlatmağı nəzərdən keçirirəm”, - Tramp bildirib.

Onun sözlərinə görə, lakin bu dəfə Hörmüz boğazında ABŞ gəmilərini müşayiət etmə planı daha geniş hərbi əməliyyatın yalnız bir hissəsi olacaq.

Qeyd edək ki, bu əməliyyat əvvəllər Hörmüz boğazı vasitəsilə kommersiya gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ABŞ tərəfindən həyata keçirilmiş dəniz missiyası olub. “Azadlıq Layihəsi” İranla diplomatik danışıqlarda əldə olunan irəliləyişlər fonunda, Pakistanın xahişi ilə müvəqqəti dayandırılıb.