Tramp: İran ABŞ-dan “nüvə tozu”nu ölkədən çıxarmağı istəyir

11 May 2026 21:24 (UTC+04:00)

İran rəsmiləri ABŞ-dan dağıdılmış nüvə obyektlərində qalan radioaktiv materialları — “nüvə tozunu” ölkədən çıxarmağını istəyir.

Aznews.az xəbər verir ki, Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

“İranın danışıqçıları mənə deyirdi ki, ABŞ həmin yerlərdəki “nüvə tozu”nu yığmalıdır, çünki onların bunu çıxarmaq üçün texnologiyası yoxdur”, – Tramp bildirib.