İran ABŞ-ın bu tələbini rədd etdi

12 May 2026 00:52 (UTC+04:00)

İran zənginləşdirilmiş uranın ölkə xaricinə ixrac edilməsi ehtimalını istisna edib və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında zənginləşdirmə səviyyəsini müstəqil şəkildə azaltmağa hazır olduğunu bildirib.

AzNews.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” televiziya kanalı məlumat verib.

Bildirilib ki, ABŞ uranın zənginləşdirilməsinin 20 illik dayandırılmasını tələb edib, lakin Tehran bu şərti rədd edib.