TDT baş katibi şeyxlə görüşdü

12 May 2026 00:53 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömuralıyev İstanbulda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə Kubanıçbek Ömüralıyev X hesabında paylaşıb.

Görüş zamanı tərəflər türk dünyasında dinlərarası dialoqun, həmrəyliyin və mənəvi əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apararaq, ailə dəyərlərinin qorunmasının və ortaq mədəni-mənəvi irsin gənc nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.

Müzakirə zamanı həmçinin, 14–15 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının 7-ci iclasına hazırlıqlar da müzakirə olunub.