Buzlu içkilərlə bağlı XƏBƏRDARLIQ EDİLDİ

12 May 2026 00:55 (UTC+04:00)

"Roskaçestvo" təşkilatı yay aylarında buzlu içkilərin hazırlanması zamanı gigiyena qaydalarına ciddi əməl olunmadıqda sağlamlıq üçün təhlükə yarana biləcəyi barədə xəbərdarlıq edib.

AzNews.az Crossmedia.az-a istinadən xəbər verir ki, qurumun eksperti Yelena Spetsenko TASS-a açıqlamasında bildirib ki, təhlükəsiz buz yalnız qablaşdırılmış və ya qaynadılmış içməli sudan hazırlanmalıdır.

Onun sözlərinə görə, buz çiy qidalardan uzaq saxlanmalı və mütləq hermetik şəkildə bağlanmış qabda qorunmalıdır. Əks halda, gigiyenik qaydaların pozulması müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər.

https://crossmedia.az/az/article/82368