Hull City “Championship” pley-off yarımfinalının cavab oyununda səfərdə Millwall ilə qarşılaşıb.
İlk matçın 0:0 hesabı ilə başa çatmasından sonra keçirilən görüşün ilk hissəsində hesab açılmayıb.
Matçın 64-cü dəqiqəsində Mohamed Belloumi, 79-cu dəqiqəsində isə Joe Gelhardt fərqlənərək komandalarına 2:0 hesablı qələbə qazandırıblar.
Beləliklə, Hull City pley-off finalına vəsiqə əldə edib.
Komanda mayın 23-də Londondakı Wembley Stadium stadionunda keçiriləcək final oyununda Southampton – Middlesbrough cütünün qalibi ilə Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparacaq.
Həmçinin bildirək ki, Hull City tarixində 2008 və 2016-cı illərdə də pley-off mərhələsindən Premyer Liqaya yüksəlməyi bacarıb.
Mövsüm,
AzNews.az