Almaniyanın ABŞ-dan “Tayfun” qurğuları və “Tomahawk” qanadlı raketləri almaq istəyi hələ də nəzərdən keçirilir.
Aznews.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.
"Birləşmiş Ştatlardan alğı-satqı daha əvvəl niyyət məktubu vasitəsilə elan edilmişdi. Hadisələrin xronologiyası belədir: 2023-cü ildə ELSA layihəsi işə salındı, 2024-cü ildə hər iki ölkə arasında sistemlərin mümkün yerləşdirilməsi müzakirə edildi və 2025-ci ildə “Tayfun” qurğuları ilə təchiz olunmuş sistemlərin tədarükü üçün hökumətlərarası sorğu qəbul edildi", - Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.