Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb

12 May 2026 12:42 (UTC+04:00)

2026-cı il mayın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 mlrd. 678,4 milyon ABŞ dolları təşkil edib.

AzNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ölkənin xarici dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azalıb.