Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

12 May 2026 13:43 (UTC+04:00)

Yanvar-mart aylarında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.2% artıb.

AzNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ortaaylıq nominal əməkhaqqı 1 151.5 manat təşkil edib.