ABŞ-İran danışıqlarının çətin tərəfləri olduğu kimi, yaxşı tərəfləri də var. Belə ki, hər iki tərəf müharibənin bitməsini və Hörmüz boğazının açılmasını istəyir.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada qətərli həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Hakan Fidan qeyd edib ki, müharibə dünyaya potensial dağıntılar gətirir, Hörmüz boğazı açılmalıdır.