ABŞ nümayəndə heyəti TRIPP-in icrası istiqamətində görülən işləri müzakirə etmək üçün Ermənistana gedib.
Aznews.az xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan nümayəndə heyətini qəbul edib.
Tərəflər TRIPP-in həyata keçirilməsi ilə bağlı bir sıra əməliyyat və hüquqi məsələləri müzakirə edib və razılaşdırıblar.
Qriqoryan regionda bütün kommunikasiyaların açılmasının zəruriliyini, potensialını və perspektivlərini vurğulayıb.