ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında İranın hərbi obyektlərinə hücumu əks etdirən süni intellektlə hazırlanmış iki görüntü paylaşıb.
Şəkillərdən birində üzərində İran bayrağı olan hərbi təyyarənin partladığı, digərində isə dənizdə hərəkət edən İranın sürətli qayıqlarının vurulduğu əks olunub.
Şəkillərdən birində ABŞ hərbi gəmisinin təyyarəyə doğru lazer silahına bənzər sistemdən atəş açdığı görünür. Şəklin üzərində isə “Lazerlər: Bing, Bing, YOX OLDU!!!” sözləri yazılıb.
Digər şəkildə isə ABŞ pilotsuz uçuş aparatının altında İran bayrağı daşıyan sürətli qayıqların partlayışlarla vurulduğu əks olunub. Həmin görüntünün üzərində “Əlvida, ‘sürətli qayıqlar’” ifadəsi yer alıb.

Mövsüm,
AzNews.az