Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin mümkün silahlı münaqişələrə hazırlıq məqsədilə mərhələli şəkildə səfərbər ediləcəyini açıqlayıb.
Lukaşenko bildirib ki, bəzi hərbi hissələr döyüş hazırlığının artırılması üçün xüsusi şəkildə formalaşdırılacaq. O, “Allah eləsin ki, müharibədən qaçmaq mümkün olsun” ifadəsini işlədib.
Belarus lideri vurğulayıb ki, ordunun əsas məqsədi ölkəni mümkün təhlükələrdən qorumaqdır. Bununla yanaşı, rəsmi Minskin bütün mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olduğunu da qeyd edib.