UN-Habitatın icraçı direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

12 May 2026 17:36 (UTC+04:00)

Hörmətli Prezident İlham Əliyevə WUF13 hazırlıqlarını yaxından izlədiyinə görə təşəkkür edirəm.

Aznews.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru, BMT Baş katibinin müavini Anaklaudia Rossbax “X” səhifəsində bildirib.

O qeyd edib ki, gələn həftə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin gələcəyi, mənzil təminatı və dayanıqlı şəhər inkişafı mövzularına qlobal diqqətin yönəlməsində mühüm rol oynayacaq.

Rossbax Azərbaycan Prezidentinin forumun hazırlıqlarını yaxından izləməsinə görə təşəkkür edərək bildirib ki, bu dəstək tədbirin yüksək səviyyədə təşkili və beynəlxalq əhəmiyyətinin artırılması baxımından vacibdir.

Rossbax, həmçinin Bakıdakı forumun qlobal şəhər gündəliyinə mühüm töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.

Thank you, H.E. President İlham Aliyev, for following closely the preparations for #WUF13.

Next week, Baku will play an important role in bringing global attention to the future of cities, #housing and sustainable urban development. https://t.co/jC5qoIiNej

— Anacláudia Rossbach (@AnacludiaRossb1) May 12, 2026