İranın “Buşer“ AES-i işə düşdü

23 Sentyabr 2013 20:19 (UTC+04:00)
Rusiya Atom Enerjisi Təşkilatı əvvəlcədən xəbər vermişdi ki,İranın "Buşer" AES-inin istifadəyə başladıqdan sonra sınaq müddəıti iki ilə qədər uzadılacaq və bu müddətdə stansiyada rusiyalı mütəxəssislər işləyəcəklər.AES-in enerji blokunun istismara buraxilması 24 sentyabra müəyyənləşdirilmişdi.AzNews.az xəbər verir ki, Rosatom-un xüsusi nümayəndəsi RİA Novosti-yə bildirib ki, bu gün "Buşer" AES-i istismar edilmək üçün İrana təhvil verilib."Bu gün birinci İran atom stansiyasınin sifarişçiyə təhvil verilməsi reallasdı"- deyə o qeyd edib.

AzNews.az