SEPAH-ın Küveyt ərazisinə girdiyi iddia olunur.
AzNews.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə BƏƏ xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan məlumat yayıb.
O, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Küveyt ərazisinə daxil olması ilə bağlı iddiaları pisləyib.
BƏƏ xarici işlər nazirinin sözlərinə görə, SEPAH üzvləri Bubiyan adasına terror planı həyata keçirmək məqsədilə daxil olublar.
Bin Zayed bu addımı qanunsuz müdaxilə kimi qiymətləndirib və BƏƏ-nin yaranmış vəziyyətdə Küveytlə tam həmrəy olduğunu vurğulayıb.