Bakıda salınacaq tramvar xətləri ilə bağlı YENİ AÇIQLAMA

12 May 2026 23:24 (UTC+04:00)

Tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir.

AzNews.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2025–2030-cu il dövlət proqramında tramvay haqqında xüsusi maddələr qeyd olunub:

"Hazırda tramvayın konseptual planı hazırlanır. İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə variant müzakirə olunaraq tramvayın çəkilməsi planlaşdırılır. Bakıda gələcəkdə 5 fərqli istiqamət üzrə tramvay olması planlaşdırılır.

İlkin perspektivdə əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur. Məqsəd odur ki, tramvay metronu və avtobusu əvəzləməsin, əksinə, onları birləşdirən vasitə olsun".