Fiko: Vetonun ləğvi Aİ üçün sonun başlanğıcı olacaq

13 May 2026 00:52 (UTC+04:00)

Avropa İttifaqına (Aİ) üzv dövlətlər üçün veto səlahiyyətinin ləğvi icma üçün sonun başlanğıcı olacaq.

Bunu Slovakiyanın Baş naziri Robert Fiko Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşündə bildirib.

Nəşrdə deyilir ki, "Bu, Slovakiya üçün prinsipial olaraq vacib bir məsələdir. Aİ-nin fundamental məsələlərə veto qoyma səlahiyyətinin ləğvi icmanın sonunun başlanğıcı olardı".

Fikonun da qeyd etdiyi kimi, Slovakiya yeni ölkələrin icmaya qəbul edilməsini dəstəkləyir, lakin bu, yalnız onlar bütün zəruri tələblərə cavab verdikdə baş verir.

Mövsüm,

AzNews.az