İran yükləri daşıyan “Tara Gas” adlı qaz tankeri ABŞ Hərbi Dəniz Qüvvələrinin elan etdiyi blokada xəttini keçərək Ərəb dənizində hərəkətini davam etdirib.
ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ötən ay elan edilən blokadadan sonra bölgədəki hərbi gəmilər xətti keçməyə çalışan bəzi tankerlərə müdaxilə etmişdi. Lakin Bloomberg-in monitorinq məlumatlarına əsaslanan xəbərinə görə, “Tara Gas” tankeri Oman sahillərindəki Ras əl-Hədd bölgəsindən keçərək İran-Pakistan sərhədi istiqamətində müəyyən edilən xətti problemsiz aşıb.
Məlumata görə, tanker hazırda Ərəb dənizində cənub-şərq istiqamətində hərəkət edir.
Mövsüm,
AzNews.az