Latviya Nəqliyyat Nazirliyi Rusiya və Belarusa bütün avtobus sərnişin daşımalarını, o cümlədən planlaşdırılmış reysləri qadağan edən düzəlişlər layihəsi hazırlayıb.
Bu barədə "Delfi" nəşri məlumat yayıb .
Nazirlik izah edib ki, "ATD qərarları, layihə qaydalarında nəzərdə tutulan və konkret daşıyıcılara şamil edilən, Rusiya və Belarusa beynəlxalq daşımalara, eləcə də Latviya ərazisindən tranzit olaraq beynəlxalq daşımalara qoyulan qadağanı tətbiq edən fərdi inzibati aktlardır".
Qeyd olunur ki, qeyri-qanuni daşımalara qadağa artıq qüvvədədir. Qaydalar təsdiqləndikdən sonra Yol Nəqliyyatı İdarəsi daşıyıcıların icazələrini ləğv edəcək.
Mövsüm,
AzNews.az