“Mossad” rəhbəri İran müharibəsi zamanı BƏƏ-yə gizli səfərlər edib

13 May 2026 14:41 (UTC+04:00)

David Barnea İranla müharibə dövründə koordinasiya məqsədilə ən azı iki dəfə gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

“Wall Street Journal”ın ərəb rəsmilərinə və məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, Barnea mart və aprel aylarında BƏƏ-də olub.

Məlumata əsasən, müharibə zamanı İsrail və BƏƏ arasında təhlükəsizlik əməkdaşlığı güclənib. İsrailin İran raketlərinə qarşı müdafiə üçün BƏƏ-yə “Iron Dome” hava müdafiə sistemləri və hərbi personal göndərdiyi bildirilir.

Xəbərdə həmçinin qeyd olunur ki, BƏƏ İran ərazisində bəzi hücumlarda iştirak edib. Bunlar arasında İranın Lavan adasındakı neft emalı zavoduna zərbə də yer alıb.

Mövsüm,

AzNews.az