İranla 5+1 ölkələri arasında danışıqlar yenidən başlayır

23 Sentyabr 2013 22:59 (UTC+04:00)



AB rəsmisi rəsmi Tehranla nüvə müzakirələrinin davam etdiriləcəyini də vurğulayıb
Region İranla 5+1 ölkələri arasında danışıqların növbəti raundu keçiriləcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə mövzu Avropa Birliyinin(AB) xarici işlər üzrə nümayəndəsi Ketrin Eştonun İran xarici işlər naziri ilə görüşündə ələ alınıb. Məhəmməd Cavad Zərifi ilə görüşündə AB nümayəndəsi nüvə proqramı və Yaxın Şərqdə baş verən hadisələri müzakirə etdiklərini bildirib. AB rəsmisi həmçinin İranın yeni prezidenti Həsən Ruhaninin prezident seçilməsindən sonra rəsmi Tehranla nüvə müzakirələrinin davam etdiriləcəyini də vurğulayıb.(ANS PRESS)