Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib

13 May 2026 17:38 (UTC+04:00)

Azərbaycanın Sofiyadakı (Bolqarıstan) səfiri Elmar Məmmədov öz etimadnaməsini Bolqarıstan Prezidenti İliyana Yotovaya təqdim edib.

Aznews.az xəbər verir ki, Mərasim zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Prezidentinə çatdırıb.

Diplomatik missiyada qeyd edilib ki, səfir Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyini ifadə edib.

"Tərəflər 2015-ci ildə Azərbaycan və Bolqarıstan Respublikası arasında qurulmuş strateji tərəfdaşlığı təsdiqləyib və ikitərəfli gündəliyin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar", - səfirliyin məlumatında bildirilib.