Fransada işsizlik ən yüksək həddə çatıb

13 May 2026 19:50 (UTC+04:00)

Fransada bütün yaş qrupları üzrə işsizlik səviyyəsi gözlənilmədən son beş ilin ən yüksək həddinə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Fransanın milli statistika agentliyi “Insee”nin məlumatları na istinada məlumat yayıb.

Milli statistika agentliyinin məlumatına əsasən, işsizlik bütün yaş qruplarında artaraq 8,1%-ə çatıb.

Qeyd olunur ki, agentliyin sorğusunda iştirak edən iqtisadçılar bu göstəricinin ötən ilin sonundakı 7,9%-dən 7,8%-ə qədər cüzi azalacağını proqnozlaşdırırdılar.

Aprelin sonuna olan məlumatlar həmçinin göstərib ki, iqtisadiyyat ilk üç ay ərzində artım nümayiş etdirməyib. Fransa Bankının mayın 12-də, çərşənbə axşamı keçirdiyi biznes sorğusu isə İrandakı müharibənin iqtisadi fəallığı zəiflətməyə və inflyasiya təzyiqlərini artırmağa başladığını göstərib.