Pekində Si Cinpin və Tramp arasında görüş başa çatıb

14 May 2026 09:36 (UTC+04:00)

Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Pekində keçirilən görüş başa çatıb.

Aznews.az-ın Çin Mərkəzi Televiziyasına istinadən məlumatına görə, danışıqlar Böyük Xalq Yığıncaqları Zalında baş tutub.

Görüşdə "Tesla" və "Apple" də daxil olmaqla, ABŞ-nin bir neçə böyük şirkətinin rəhbərləri də iştirak edib.

Məlumata görə, danışıqlar iki saatdan bir qədər çox davam edib.