ABŞ Silahlı Qüvvələri Polşaya 4 mindən çox amerikalı hərbçinin göndərilməsi ilə bağlı qərarı ləğv edib.
"Defense News"-un məlumatına görə, ABŞ ordusunun nümayəndəsi qərarı təsdiqləsə də, bunun səbəbləri barədə əlavə məlumat verməyib və bütün sualları ABŞ Müdafiə Nazirliyinə yönləndirib.
Məlumata əsasən, ABŞ Konqresində mayın 12-də keçirilən hərbi büdcə dinləmələrində bu dəyişiklik barədə məlumat verilməyib. Qərarla bağlı xəbərlər amerikalı hərbçilərin yaxınlarına Polşaya göndərişin ləğv edildiyini bildirməsindən sonra yayılmağa başlayıb.
Hazırda Polşa ərazisində rotasiya əsasında 10 mindən çox ABŞ hərbçisi yerləşdirilib.
Mövsüm,
AzNews.az