Macarıstanda yeni qərar: Peter Macar fövqəladə vəziyyəti ləğv etdi

14 May 2026 14:17 (UTC+04:00)

Peter Macar ölkədə dörd ildən sonra “müharibə dövrü fövqəladə vəziyyət” rejiminin ləğv edildiyini açıqlayıb.

Baş nazir sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, həmçinin əvvəlki hökumətin altı il əvvəl tətbiq etdiyi fərman əsaslı fövqəladə idarəetmə rejiminə də son qoyulub.

“Normal vəziyyətə qayıdırıq”, – deyə Macar vurğulayıb.

Qeyd edək ki, Viktor Orban hökuməti 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyət elan etmiş, daha sonra isə Rusiya-Ukrayna müharibəsi fonunda bu rejimi uzatmışdı.

Mövsüm,

AzNews.az