Prezident İlham Əliyev Baxış Babayevi təltif edib

14 May 2026 17:58 (UTC+04:00)

Baxış Abutalıb oğlu Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Baxış Babayev Azərbaycan Respublikasının elektroenergetika sahəsinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.