Bədheybət robotlara tələbat artıb

14 May 2026 21:12 (UTC+04:00)

Yaponiyanın “Ohta Seiki” şirkəti ölkədə ayı hücumlarının rekord səviyyəyə çatması fonunda “Monster Wolf “adlı qorxuducu-robotun sifarişləri kəskin şəkildə artıb.

Aznews.az xəbər verir ki, bu barədə “Independent” nəşri yazır.

Sifarişlərin sayı o qədər çoxdur ki, cihazlar əl ilə yığıldığı üçün istehsalçı artan tələbatı qarşılaya bilmir və gözləmə müddətini bir neçə aya qədər uzatmağa məcbur qalıb.

Şirkət rəhbəri Yuji Ota-nın sözlərinə görə, ilin əvvəlindən təxminən 50 sifariş daxil olub, bu göstərici adətən bütün il ərzində qeydə alınır.

Marağın artması narahatedici statistika ilə üst-üstə düşür: 2025–2026-cı illərdə Yaponiyada ayıların hücumu nəticəsində rekord sayda — 13 ölüm hadisəsi qeydə alınıb, heyvanların görünməsi ilə bağlı müraciətlərin sayı isə 50 mindən çox olub və əvvəlki rekordu iki dəfədən artıq üstələyib. Buna cavab olaraq hakimiyyət heyvanların ovlanmasını gücləndirib: il ərzində 14,6 mindən çox ayı məhv edilib ki, bu da əvvəlki illə müqayisədə təxminən üç dəfə çoxdur.

Tərcüməsi “Bədheybət Canavar” olan “Monster Wolf” robotu süni xəz, qırmızı işıqlanan gözlər, hərəkət sensorları və təxminən 50 müxtəlif səsi (insan səslərindən tutmuş kilometrlərlə məsafədən eşidilən elektron səslərə qədər) səsləndirən dinamiklərlə təchiz olunub. Robot 2016-cı ildə kənd təsərrüfatı sahələrini qorumaq üçün hazırlanıb, lakin hazırda əsas müştərilər fermerlər, qolf klublarının sahibləri və kənd ərazilərində yaşayan insanlardır.