Kiyevdə dağıntılar altından 24 nəfərin meyiti çıxarılıb

15 May 2026 10:54 (UTC+04:00)

Kiyevin Darnitski rayonunda Rusiya ordusunun zərbəsi nəticəsində vurulan yaşayış binasının dağıntıları altından 24 nəfərin meyiti çıxarılıb.

AzNews.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı 28 saatdan çox davam edib.

“Hazırda 24 nəfərin öldüyü təsdiqlənib, onlardan 3-ü uşaqdır. Daha 48 nəfər yaralanıb”, — məlumatda qeyd olunub.

Rusiya ordusu mayın 14-nə keçən gecə Ukrayna paytaxtına hücum edib. Hücumdan bir neçə saat sonra xilasedicilərin olduğu əraziyə ballistik silahlarla yenidən zərbə endirilib.

Rusiya ordusunun hücumuna görə Kiyevdə matəm elan olunub. Şəhərdə bayraqlar yarıyadək endirilib, əyləncəli tədbirlərin keçirilməsi qadağan olunub.