Honduras hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və HƏMAS təşkilatını rəsmi olaraq terrorçu qurumlar siyahısına daxil edib.
Ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Katibliyinin yaydığı bəyanatda bildirilib ki, qərar terrorizmin və onun maliyyələşdirilməsinin bütün formalarının qınanmasını, həmçinin bu təhdidlərə qarşı beynəlxalq əməkdaşlığa sadiqliyi təsdiqləyir.
Qərarın Nasri Xuan Asfura tərəfindən verildiyi qeyd olunub.
Gideon Saar qərarı alqışlayaraq Honduras prezidentini “dəyərlərə və prinsiplərə sahib güclü lider” adlandırıb.
Bununla da Honduras SEPAH-ı terror təşkilatı kimi tanıyan 46-cı ölkə olub.
Mövsüm,
AzNews.az