Kazım Qəribabadi Birləşmiş Ərəb Əmirliklərini İran əleyhinə hərbi hücumlara dəstək verməkdə və Tehrana “xəyanət etməkdə” ittiham edib.
Qəribabadi bu açıqlamaları BRICS ölkələrinin xarici işlər nazirlərinin Yeni Dehlidə keçirilən toplantısında səsləndirib.
O, BƏƏ xarici işlər nazirinin İranın hücum edən tərəf olduğu ilə bağlı fikirlərini “əsassız iddialar” adlandıraraq rədd edib.
İran rəsmisinin sözlərinə görə, BƏƏ ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləyib və öz ərazisi ilə infrastrukturunu onların istifadəsinə açıb.
Qəribabadi bildirib ki, Tehran region ölkələrini əvvəlcədən xəbərdar etmişdi: əgər onlar ABŞ və İsrailə yardım etsələr, İran “özünümüdafiə hüququndan” istifadə edəcək.
O əlavə edib ki, İranın qonşu ölkələrlə müharibəsi yoxdur və Tehran yalnız ABŞ və İsraillə qarşıdurma yaşadığını dəfələrlə bəyan edib.
İran rəsmisi həmçinin BƏƏ-ni Fələstin məsələsinə xəyanətdə ittiham edib və Əbu-Dabinin müharibə dövründə Benyamin Netanyahunu qəbul etdiyini iddia edib.
Mövsüm,
AzNews.az