ABŞ-İsrail və İran arasında fevralın 28-dən başlayan müharibə və qarşılıqlı blokada tədbirlərinə baxmayaraq, xarici neft tankerləri Hörmüz boğazından keçməyə davam edir.
“Reuters” bu barədə məlumat yayıb.
Dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi strateji marşrut vasitəsilə neft yükləri Yaponiya, Çin, Hindistan, Cənubi Koreya, Tailand, Vyetnam və Malayziyaya daşınıb.
LSEG və Kpler platformalarının gəmi izləmə məlumatlarına əsasən, daşımalar arasında hər biri təxminən 2 milyon barrel neft daşıya bilən VLCC tipli supertankerlər də yer alıb.
Məlumatda Səudiyyə Ərəbistanından Yaponiyaya göndərilən 2 milyon barrel xam neft, İraqdan Çinə daşınan 2 milyon barrel neft və Birləşmiş Ərəb Əmirliklərinin aprel ayında ixrac etdiyi azı 6 milyon barrel neftin olduğu qeyd edilir.
Mövsüm,
AzNews.az