ABŞ rəsmiləri İranın münaqişənin mümkün həlli üçün 14 maddəlik planını rədd ediblər.
İranın Mehr xəbər agentliyi bu barədə məlumat yayıb.
Hesabatda deyilir ki, "ABŞ hökuməti İranın müharibəyə son qoymaq üçün yazılı təklifinə cavab verib. Tehranın təkliflərini rədd etməklə, ABŞ şantaj mövqeyini bir daha təsdiqləyib".
Agentliyin məlumatına görə, İranın təklifi iki mərhələli danışıqlar prosesinə əsaslanırdı. Birinci mərhələ hərbi əməliyyatlara son qoyulmasını nəzərdə tutur. İkinci mərhələ - Tehranın şərtləri yerinə yetirilərsə - nüvə danışıqlarının başlanmasını nəzərdə tutur.
Mövsüm,
AzNews.az