ABŞ-dən etiraf: İran hələ də Hörmüz boğazına nəzarəti saxlayır

15 May 2026 14:37 (UTC+04:00)

Bred Kuper ABŞ Senatında keçirilən dinləmələrdə bildirib ki, ABŞ və İsrailin hücumlarına baxmayaraq, İran hələ də Hörmüz boğazı üzərində nəzarəti qoruyur.

Kuperin sözlərinə görə, ABŞ və İsrail İranın silah istehsalı obyektlərinə qarşı 1450-dən çox hücum həyata keçirib və nəticədə İranın ballistik raket, pilotsuz uçuş aparatı və dəniz sənayesi infrastrukturunun 85 faizindən çoxu sıradan çıxarılıb.

ABŞ admiralı iddia edib ki, İranın 8 min dəniz minasından ibarət ehtiyatının 90 faizdən çoxu məhv edilib və onların boğazda yerləşdirilməsinin qarşısı alınıb.

Bununla belə, Kuper vurğulayıb ki, İranın hələ də gəmilər üçün təhlükə yarada biləcək müəyyən imkanları qalır.

Mövsüm,

AzNews.az