O, bu potensialın diplomatiya, enerji, ticarət, nəqliyyat, təhlükəsizlik, müdafiə sahələri başda olmaqla, müxtəlif sahələrdə mövcud olduğunu qeyd edib.
"Bu il Türk Dövlətləri Təşkilatının Zirvəsi ölkəmizin ev sahibliyində həyata keçiriləcək. Sədr olduğumuz müddətdə təşkilatın güclənməsi üçün böyük səy göstərəcəyik”, - Türkiyə lideri əlavə edib.