Böyük Britaniyanın Bristol şəhərindən Antalyaya uçan "SunExpress" şirkətinin təyyarəsi göyərtədə bombanın olduğuna dair məlumatdan sonra "London-Stansted" hava limanına təcili eniş edib.
AzNews.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat verib.
"Aparılan yoxlamadan sonra bomba haqqında xəbərin yalan olduğu məlum olub", - deyə məlumatda bildirilib.
Agentliyin məlumatına görə, mümkün təhlükə barədə siqnal təyyarənin havaya qalxmasından qısa müddət sonra alınıb. Ekipaj təyyarəni təcili endirmək qərarına gəlib.
Hadisə yerində və təyyarədə lazımi yoxlamalar aparıldığı qeyd edilir.