Milli Təhlükəsizlik Teşkilatı (MİT) Türkiyədə həssas məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürən beynəlxalq casus şəbəkəsinə qarşı əməliyyat keçirib.
AzNews.az xəbər verir ki, Ankara mərkəzli istintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda şəbəkə rəhbəri olduğu bildirilən şəxs də daxil olmaqla 7 şübhəli şəxs saxlanılıb, 2 nəfərin isə başqa cinayətə görə həbsdə olduğu açıqlanıb.
Məlumata görə, şəbəkə Türkiyədəki qeyri-hökumət təşkilatları, dərnəklər, ictimai qruplar və dövlət əməkdaşları barədə həssas məlumatlar toplayaraq xarici xüsusi xidmət orqanlarına ötürüb.
Aparılan istintaq nəticəsində şəbəkənin əlaqə, hesabat və maliyyələşmə mexanizmləri ifşa olunub, saxlanılan 7 nəfər barəsində həbs qətiimkan tədbiri görülüb.