Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

17 May 2026 17:56 (UTC+04:00)

Slovakiya Respublikası Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

Aznews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.