Mirziyoyev Azərbaycana gəldi

17 May 2026 21:49 (UTC+04:00)

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

Aznews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.