Bu il Azərbaycana 400-dən çox elektromobil idxal edilib

18 May 2026 11:29 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumilikdə 443 milyon 618.61 min dollar dəyərində 21 120 ədəd avtomobil idxal olunub.

AzNews.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkəyə 10 milyon 693.31 min dəyərində 404 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib. Bundan əlavə, dövr ərzində Azərbaycana xarici ölkələrdən 21 milyon 625.23 min dollar dəyərində 2 318 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 27 milyon 90.71 min dollar dəyərində 210 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.