Belarus və Rusiya birgə nüvə təlimi keçirir

18 May 2026 11:51 (UTC+04:00)

Belarus ordusu Rusiya bölmələri ilə birlikdə nüvə silahlarının çatdırılması və istifadəyə hazırlanması üzrə təlim keçirir.

AzNews.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimdə Belarusun Raket Qüvvələri və hərbi aviasiyası iştirak edir.

Qeyd olunub ki, nüvə təlimi planlı olub və üçüncü ölkələrə qarşı yönəlməyib.