İran hökuməti bildirib ki, Omanla birlikdə Hörmüz boğazından gəmi keçidini tənzimləyəcək yeni mexanizm üzərində fasiləsiz danışıqlar aparılır.
İsmayıl Bəqayi qeyd edib ki, İran və Oman sahilyanı ölkələr kimi digər dövlətlərə boğazdan təhlükəsiz keçidlə bağlı təminat verməyə məsuliyyət daşıyır.
Onun sözlərinə görə, ötən həftə Muskatda ekspert səviyyəsində görüş keçirilib və məsləhətləşmələr davam edir.
Bəqayi həmçinin vurğulayıb ki, İran region ölkələri ilə, “hətta Birləşmiş Ərəb Əmirlikləri ilə belə” düşmənçilik istəmir.
Eyni zamanda Tehran region dövlətlərini bölgədənkənar güclərin planlarına qarşı ayıq olmağa çağırıb və İsraillə əlaqələrin İranın diqqətindən yayınmadığını bildirib.
Mövsüm,
AzNews.az